"Mançester Yunayted"in vingeri Markus Reşforda illik 35 milyon funt-sterlinq maaş təklif edən adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna keçidi rədd edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubunun təklif etdiyi məbləğ Reşfordun "Mançester Yunayted"də aldığı maaşın ikiqatdır.

Qeyd edək ki, bu mövsüm Reşford bütün turnirlərdə 24 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest