26 Yanvar 2025, 11:25
FUTBOL
Transfer çalışmalarını davam etdirən "Karvan" növbəti keçidi rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcü əsilli azərbaycanlı futbolçu Nika Çaçaşvili ilə mövsümün sonunadək müqavilə imzalanıb. 20 yaşlı yarımmmüdafiəçi son olaraq İspaniyanın "Plasensia" klubunda çıxış edib.
"Qəbələ“nin yetirməsi olan Nika bir neçə il "qırmızı-qaralar"ın akademiyasının komandalarında çıxış edib.
Qeyd edək ki, "Karvan" hazırda I Liqada 25 xalla 2-ci pillədədir. Bölgə təmsilçisini lider "Qəbələ"dən 4 xal ayırır.