"İnter Mayami"nin sahiblərindən olan sabiq futbolçu Devid Bekhem Mayami klubunun hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Bekhem Messi ilə peşəkar futboldan ayrıldıqdan sonra planları barədə danışdığını deyib.

"Mən Messinin karyerasını bitirdikdən sonra Mayamidə yaşamasını istərdim, lakin Leo mənə dedi ki, o, yalnız "Camp Nou" yaxınlığında yaşamağı düşünür. "Barselona"nı onun qədər sevən futbolçu yoxdur. Siz onun ayağında və hətta su şüşəsində "Barsa"nın loqotipini görə bilərsiniz".

Xatırladaq ki, Messi 2023-cü ilin iyulunda "İnter Mayami" komandasına keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest