26 Yanvar 2025, 12:17
FUTBOL
"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Squawka" paylaşıb.
Bildirilir ki, 31 yaşlı qolkiper buna "Çelsi"yə qalib gəldikləri XXIII turun görüşündə nail ola bilib.
O, qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb. Ederson turnirdə çıxış etdiyi müddətdə Premyer Liqadakı assistlərinin sayını 5-ə yüksəldib.
Daha əvvəl "Tottenhem" və "Lids"in sabiq qapıçısı Pol Robinson da karyerası ərzində bu çempionatda 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Mançester Siti" "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.