İtaliyanın "Roma" klubunun futbolçusu Mario Ermoso karyerasını Almaniyada davam etdirməyə çox yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, son ölkə çempionu "Bayer 04" 29 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Oyunçu da Leverkuzen təmsilçisinə keçmək niyyətindədir.

Klubların gələn həftə ispan futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdıracağı gözlənilir.

Qeyd edək ki, Mario Ermoso ötən il "Atletiko"dan "Roma"ya keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest