"Real"ın prezidenti Florentino Peres Madrid klubunun cinah oyunçusu Vinisius Juniorun transferi ilə bağlı oyunçunun müqaviləsi bitənədək danışıqlar aparmaq istəmir.

"Real"ın prezidenti Florentino Peres Madrid klubunun cinah oyunçusu Vinisius Juniorun transferi ilə bağlı oyunçunun müqaviləsi bitənədək danışıqlar aparmaq istəmir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Daha əvvəl mətbuatda Səudiyyə klublarının 24 yaşlı futbolçuya 350 milyon avro məvacib təklif etməyə hazır olduqları barədə məlumatlar yayılmışdı.

Bildirtilir ki, Vinisiusun "Kral Klubu"nda gələcəyini müəyyənləşdirmək üçün əsas məqam gələn ilin yayında, tərəflərin onunla müqaviləsinin uzadılmasını müzakirə etmək niyyətində olduqları vaxta təsadüf edəcək. Peres braziliyalı futbolçunun 2029-cu ilə qədər yeni müqavilə imzalamasını istəyir.

Vinisius özü karyerasını Madrid klıubunda davam etdirmək istəyir, lakin o, ispan nəhənglərinin Səudiyyə Ərəbistanında ona təklif olunan pulu ödəyə bilməyəcəyini başa düşür.

Qeyd edək ki, Vinisiusun "Real" ilə müqaviləsi 2027-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest