Rusiyalı hücumçu Qerman Onuqxa "Kopenhagen"dən icarə əsasında "Veyle"yə keçib.

Matc.az xəbər verir ki, bu barədə "Veyle"nin mətbuat xidməti məlumat yayıb.

İcarə cari mövsümün sonuna qədər etibarlıdır.

Onuqxa bu mövsüm "Kopenhagen"in heyətində bütün yarışlarda 13 oyun keçirib və 3 qol vurub. "Transfermarkt" portalında 28 yaşlı futbolçunun dəyəri 1,5 milyon avrodur.

Onuqxa peşəkar futbolçu karyerası ərzində Penzanın "Zenit", "Volqar", "Tambov", "Krasnodar", Samaranın "Krilya Sovetov", İsrailin "Bney Sahnin", "Kopenhagen"və "Veyle" klublarında çıxış edib.

Danimarka çempionatının turnir cədvəlinə 17 oyundan sonra 33 xalı olan "Kopenhagen" başçılıq edir. Eyni sayda oyundan sonra "Veyle" 6 xalla sonuncu, 12-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest