27 Yanvar 2025, 00:18
FUTBOL
"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının tarixində 200 qələbəni ən tez qazanan məşqçi oldu.
Matc.az xəbər vcerir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Bu göstəriciyə nail olmaq üçün 48 yaşlı mütəxəssisə 332 oyun kifayət edib.
Bundan əvvəlki rekord daha əvvəl "Yuventus" və "Milan"a başçılıq etmiş Massimiliano Alleqriyə məxsus idi. 57 yaşlı italyan 200-cü qələbəsini 338-ci matçında qazanmışdı.
Qeyd edək ki, "İnter" İtaliya A Seriyasının 22-ci turunda "Leççe"ni 4:0 hesabı ilə məğlub edib.
"İnter" A Seriyasının turnir cədvəlində 22 oyundan sonra 50 xalla ikinci yerdədir.