27 Yanvar 2025, 09:20
FUTBOL
“Sabah” Misli Premyer Liqasının XX turunda “Sumqayıt”la qolsuz heç-heçə edib. Matc.az xəbər verir ki, Bakı klubu keçirdiyi 20 oyunda 10-cu dəfə bərabərliklə kifayətlənib.
Ölkə çempionatları tarixində 3-cü belə hadisədi ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb. Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdu.
“Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.