Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürür. Matc.az xəbər verir ki, artıq ilk oyunların vaxtı açıqlanıb.

Pley-off mərhələsi yanvarın 29-da “Aznur” – “Göyçə” matçı ilə başlayacaq. Ardından “Sumqayıt”la “Qalaksi” qarşılaşacaq.

Son çempion “Birbaşa Bakı” “Laçın”la üz-üzə gələcək. Digər iddialı “Zirə” isə “Star Bakı”nı sınağa çəkəcək.

Azərbaycan çempionatı

1/4 final, ilk oyunlar

29 yanvar

19:15. “Aznur” – “Göyçə”

20:30. “Sumqayıt” – “Qalaksi”

21:45. “Birbaşa Bakı” – “Laçın”

23:00. “Zirə” – “Star Bakı”

Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest