27 Yanvar 2025, 10:03
FUTBOL
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar Braziliyaya qayıdır. Matc.az xəbər verir ki, ulduz futbolçu ilk klubu “Santos”a dönəcək.
Tərəflər artıq müqavilənin şərtlərini şifahi razılaşdırıblar. 32 yaşlı hücumçu bunun üçün maaşının böyük hissəsinin azaldılmasına razılq verib. Düzdü, Neymarın “Əl-Hilal”la sözləşməsi yaya qədərdi. Ancaq o, bu ay ölkəsinə qayıtmaq fikrindədi.
Qeyd edək ki, Neymar 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”ın heyətində cəmi 2 oyun keçirib.