Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək komandamızın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub. Baş məşqçi Vitali Borisov iki gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək.

Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.

Millinin heyəti: Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Cavad Məmmədov (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov (hamısı “Neftçi”), Seymur Məmmədov (klubsuz).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest