27 Yanvar 2025, 11:20
FUTBOL
İtaliya A Seriyasının XXII turunda “Leççe” ilə səfər oyunu “İnter”in hücumçusu Lautaro Martines üçün əlamətdar olub. Matc.az xəbər verir ki, argentinalı 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada bir qol vurmaqla buna nail olub.
Bu, Martinesin İtaliya çempionatında 112-ci qolu olub. O, “neradzurra”nın ən məhsuldar ikinci əcnəbisi olan Mauro İkardini geridə qoyub. Lautaro indi yalnız İştvan Nyersdən geri qalır. Macarıstanlı mərhum hücumçu 1948-1954-cü illərdə aktivinə 133 qol yazdırıb.
Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”in formasını geyinir.