UEFA Avropa Liqasının Liqa mərhələsinin son oyununda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakı vaxtı ilə saat 21:40-da, açıq məşq isə saat 22:00-da başlayacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.