İspaniya La Liqasında çempionluğa iddialılar arasında ən çox penalti qazanan komanda “Real”dı. Matc.az xəbər verir ki, “kral klubu” cari mövsüm 10 dəfə onbirmetrlik zərbə vurmaq hüququna yiyələnib.

Ancaq madridlilərin qapısına heç vaxt penalti təyin olunmayıb. Digər iddialılardan “Atletiko”nun 2 penalti zərbəsi var. Üstəlik, bu komandanın əleyhinə də eyni sayda penalti vurulub. “Barselona” penalti sayında 4:3 öndədisə, “Atletik”də lehinə və əleyhinə olanların sayı bərabərdi – 3:3.

Bundan başqa, “Real” bu mövsüm iki dəfə matçı 10 nəfərlə tamamlayıbsa, rəqiblərində bu hal üç dəfə yaşanıb. “Atletik”də vəziyyət əksinədi. “Barselona” və “Atletiko”ya qarşı oynayan komandalar heç vaxt 10 nəfərlə qalmayıb. Əksinə, kataloniyalılar 2, madridlilər 1 dəfə qırmızı vərəqə alıblar.

Qeyd edək ki, 21 turdan sonra “Real” 49 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest