Paulo Dibalanın “Roma” ilə müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılıb. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, tərəflər arasında imzalanan əvvəlki sözləşmədə argentinalının müəyyən oyun sayına çatma şərti olub. Bu tələb yerinə yetirildiyindən, 31 yaşlı pleymeykerin sözləşməsi daha 1 il uzadılıb. Onun satın alma maddəsi 12 milyon avrodu.

Qeyd edək ki, Paulo Dibala “Roma”ya 2022-ci ilin yayında “Yuventus”dan pulsuz keçib. O, bu mövsüm “canavarların heyətində 24 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest