Jozua Kimmix “Bavariya”dan ayrılacağı təqdirdə karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi üçün ilk seçim İspaniyaya köçmək olacaq.

Hazırda onunla “Liverpul” və “Real” yaxından maraqlanır. Ancaq orta sahə oyunçusu madridliləri üstün tutur. O, Münhen klubu ilə yeni sözləşmədə ortaq məxrəcə gələ bilməsə, ilk variant kimi “Real”la danışıq aparacaq. Bu halda Almaniya millisinin üzvü yayda “kral klubu”na azad agent kimi keçəcək.

Qeyd edək ki, Jozua Kimmix 2015-ci ildən “Bavariya”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest