27 Yanvar 2025, 13:17
FUTBOL
“Sauthempton”un müdafiəçisi Kayl Uoker-Piters Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, “Qalatasaray” 27 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Superliqa təmsilçisi qış “transfer pəncərəsi”ndə ingiltərəli oyunçunu heyətinə qatmağa çalışacaq. Ancaq “Sauthempton” da millinin sabiq üzvünü saxlamaq arzusundadı. “Qalatasaray” futbolçu ilə anlaşsa, onu mövsümün sonunda azad agent kimi də heyətinə cəlb edə bilər.
Qeyd edək ki, Kayl Uoker-Piters bu mövsüm Premyer Liqada 21 oyun keçirib.