27 Yanvar 2025, 14:39
FUTBOL
Stanislav Çerçesov Qazaxıstan yığmasının baş məşqçisi vəzifəsini tərk edib. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası açıqlama yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. Çerçesovdan əlavə, onun köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, Çerçesovun rəhbərliyi altında Qazaxıstan yığması Millətlər Liqasında 6 oyunda 5 məğlubiyyətlə üzləşib, 1 görüşdə isə heç-heçə edib.