27 Yanvar 2025, 15:18
FUTBOL
“Mançester Yunayted”in futbolçusu Markus Reşford Türkiyə çempionatında oynamaq variantından imtina edib. Matc.az xəbər verir ki, o, “Qalatasaray”a keçməyə razılıq verməyib.
“Sarı-qırmızılılar” ingilis hücumçuya 6 aylıq icarə təklifi ilə müraciət etsələr də, o, “yox” cavabı verib. Reşfordun adı Reşfordun “Barselona” və “Vest Hem”lə birgə hallanır.
Qeyd edək ki, Reşford “Mançester Yunayted”in heyətində sonuncu dəfə dekabrın 7-də meydana çıxıb.