"Flamenqo"nun baş məşqçisi Filipe Luis növbəti dəfə Olavio Juninyo haqda danışıb. Matc.az xəbər verir ki, braziliyalı mütəxəssis "Qarabağ"dan transfer etdikləri hücumçunun komandaya xeyir verəcəyini bildirib.
Juninyo yeni komandasında debüt etmək imkanı qazanıb. O, Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunda “Volta Redondo” ilə keçirilən oyunun (2:0) 60-cı dəqiqəsində meydana daxil olub.
Matçdan sonra mətbuat konfransı keçirən Luis söhbət əsnasında Juninyodan da bəhs edib: “İlk oyunlar həmişə xüsusi olur. Juninyo "Flamenqo" forması ilə ilk dəfə meydana çıxdı. Onun necə futbolçu olduğunu yaxşı bilirik. Juninyo rəqib müdafiəçilər üçün çox təhlükəlidi. Əminəm ki, bizə xeyri dəyəcək. Komanda yoldaşları kimi, o da “Flamenqo”nun uğur qazanması üçün əlindən gələni edəcək və bu, kollektivimizin səviyyəsini daha da yüksəldəcək".
Qeyd edək ki, Juninyo “Flamenqo”ya 5 milyon avro qarşılığında transfer olunub.