46 yaşlı mütəxəssis “Kayserispor”dan təklif alıb.

"Neftçi"nin sabiq çalışdırıcısı Adrian Mutu yeni təklif alıb. Matc.az xəbər verir ki, rumıniyalı məşqçi Türkiyədə işləyə bilər.

Belə ki, 46 yaşlı mütəxəssis “Kayserispor”dan təklif alıb. Sinan Kaloğlu ilə yollarını ayıran Kayseri klubunun rəhbərliyi bu posta məhz Mutunu gətirmək niyyətindədi. Hazırda Rumıniyanın "Petrolul Ploieşti" klubunu çalışdıran Mutu ilə danışıqlara start verilib.

Qeyd edək ki, Mutu 2023/2024 mövsümünün ilk yarısında "Neftçi"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest