27 Yanvar 2025, 17:07
FUTBOL
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuentenin sözləşməsinin müddəti uzadılıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
Razılaşmaya əsasən, 63 yaşlı çalışdırıcı 2028-ci ilədək hazırkı postunda qalacaq. Luis de la Fuente 2022-ci ildən İspaniya millisinin “sükanı arxasındadır”.
Qeyd edək ki, de la Fuentenin rəhbərliyi altında ispanlar 2024-cü ildə keçirilən Avropa çempionatının qalibi adını qazanıblar.