Malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Kəpəz” legionerlərindən biri ilə əməkdaşlığa xitam verib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Lassana Ndiaye ilə yolları ayırıb. Malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Kəpəz” xidmətlərinə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu Gəncə klubuna ötən ilin yayında cəlb olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest