28 Yanvar 2025, 10:04
FUTBOL
Braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı hücumçunun sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Neymarın karyerasını yetirməsi olduğu “Santos”da davam etdirəcəyi, Braziliya təmsilçisinin tezliklə bu keçidi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın üzvü idi. O, zədə ilə əlaqədar, Səudiyyə Ərəbistanı klubunda cəmi 2 oyunda meydana çıxıb.