“Bavariya” heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Münhen klubu bu dəfə qapı xəttini gücləndirib.

“Bavariya” rəhbərliyi “Köln”un qolkiperi Yonas Urbiq ilə razılığa gəliblər. 21 yaşlı “dəri əlcək sahibi” ilə 4 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, “Köln”ün yetirməsi olan Urbiq bu mövsüm II Bundesliqada 10 görüşdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest