28 Yanvar 2025, 11:39
FUTBOL
"Qalatasaray"ın sabiq futbolçusu Omar Elabdellaui karyerasını bitirib. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi qərarını şəxsi sosial şəbəkə hesabında açıqlayıb.
Elabdellaui 2020-2022-ci illərdə İstanbul təmsilçisinin uğurları üçün çalışıb.
Qeyd edək ki, onun son klubu “Bodo/Qlimt” olub. Elabdellaui 2013-2020-ci illərdə şərəfini qoruduğu Norveç millisində 49 oyun keçirib.