28 Yanvar 2025, 12:40
FUTBOL
“Qalatasaray”ın transfer siyahısında yer alan "Roma"nın argentinalı yarımmüdafiəçisi Leandro Paredes daha iki təklif alıb. Matc.az xəbər verir ki, təcrübəli xavbek karyerasını Braziliyada davam etdirə bilər.
Belə ki, "Santos" Paredesin xidmətində maraqlıdı. Hazırda tərəflər arasında danışıqlar gedir. Bundan əlavə, Argentinanın "Boka Xuniors” klubu da Leandronu heyətinə qatmaq niyyətindədi.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "Roma" ilə qüvvədə olan sözləşməsi bu ilin yayınadək nəzərdə tutulub.