“Yuventus” “Çelsi”nin müdafiəçisi Renato Veyqanı icarəyə götürüb. Matc.az xəbər verir ki, bu keçid artıq rəsmən açıqlanıb.

Sözləşmə cari mövsümün sonuna qədər nəzərdə tutulub. 21 yaşlı portuqaliyalı İtaliya klubunda 12 nömrə altında çıxış edəcək. Turinlilərin qarşı tərəfə satın alma opsiyonu olmadan 5 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Renato Veyqa “Çelsi”yə ötən ilin yayında “Bazel”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest