28 Yanvar 2025, 15:16
FUTBOL
“Flamenqo” ulduz futbolçu transferini davam etdirir. Matc.az xəbər verir ki, Braziliya klubu “Arsenal”ın dayaq yarımmüdafiəçisi Jorjinyonu heyətinə qatmağı planlaşdırır.
Tərəflər arasında danışıqlara artıq start verilib. Braziliyalılar 33 yaşlı orta sahə oyunçusunu azad agent kimi heyətə qatmaq niyyətindədi. Danışıq müsbət yekunlaşsa, Jorjinyo gələn ilin sonunadək müqavilə bağlayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl “Qarabağ”dan Juninyo Olavionu transfer edən “Flamenqo” ötən gün “Yuventus”un müdafiəçisi Danilo ilə anlaşıb.