28 Yanvar 2025, 16:00
FUTBOL
“Sabah” daha bir futbolçunu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, klubun mətbuat xidməti bununla bağlı paylaşım edib.
Paytaxt təmsilçisi Rusiyanın “Rubin” klubundan Umarali Rahmonaliyevin keçidini açıqlayıb. 21 yaşlı özbəkistanlı yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Umarali Rahmonaliyev karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdü. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.