“Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, İstanbul klubu Burak Yılmazla anlaşıb.

Türkiyə millisinin sabiq hücumçusu bu postda Hakan Keleşi əvəzləyib. Yılmaz son olaraq ötən il “Kayserispor”u çalışdırıb.

Qeyd edək ki, “Kasımpaşa” Superliqanın 20 turundan sonra 25 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest