Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılmaq üçün astronomik məbləğdə maaşından imtina edib. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü düz 40 milyon avrosundan vaz keçib.

Bunun qarşılığında onunla müqaviləyə xitam verilib. Ulduz futbolçu tezliklə ölkəsinə yollanaraq ilk klubu “Santos”la müqavilə imzalayacaq. Sözləşmə 5 aylıq nəzərdə tutulacaq. Ancaq anlaşmanın DÇ-2026-ya qədər uzadılması maddəsi də olacaq.

Qeyd edək ki, Neymar bu mövsüm “Əl-Hilal”ın heyətində cəmi 2 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest