28 Yanvar 2025, 18:28
FUTBOL
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan ayrılan Neymarın gələcək planları bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq paylaşıb.
Bildirilir ki, ulduz futbolçunun yetirməsi olduğu "Santos"la yarım illik müqavilə bağlayacağını və sonradan anlaşma yeniləməyəcəyini vurğulayıb.
32 yaşlı forvard 6 aylıq sözləşməsinin müddəti başa çatandan sonra Avropaya qayıtmağı planlaşdırır.
Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçusunun dəyəri 15 milyon avrodur.