28 Yanvar 2025, 18:56
FUTBOL
Daha əvvəl Madrid "Real"nın diqqətini cəlb edən Telman Əlizadə Fransanın "Nant" klubunda çıxış edəcək.
Matc.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında 7 yaşlı futbolçunun atası Cavad Əlizadə deyib.
"Real" Telmanla müqavilə imzalamaq üçün iyun ayına kimi gözləməyimizi istədi. O, "Nant"ın da seçmələrinə qatıldıqdan sonra klub Telmanla müqavilə imzalamaq istədi. O, sentyabr ayından "Nant"ın futbolçusu olacaq. Hazırda klub futbolçu transfer edə bilmədiyi üçün Telman "USSA Vertu" klubunda oyunlara çıxacaq və məşqlərini davam etdirəcək".