28 Yanvar 2025, 19:37
FUTBOL
Türkiyənin "Beşiktaş" klubu Şer Ndurla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul təmsilçisi italiyalı yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verib. Bu barədə klub yaxın zamanda rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, "Beşiktaş" Şer Nduru yayda PSJ-dən bir mövsümlük icarəyə götürmüşdü. 20 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.