28 Yanvar 2025, 21:29
FUTBOL
Dortmund "Borussiya"sının rəhbərliyi komandanın baş məşqçisi postuna Ralf Ranqniki dəvət etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı alman jurnalist Florian Plettenberq sosial şəbəkələrdə paylaşıb
Hazırda 66 yaşlı mütəxəssis Avstriya millisini çalışdırdığı üçün təkcə onunla deyil, federasiya ilə də danışıqlar aparmaq lazım gələcək. Dortmundlular Ranqniki bu qış komandanın başında görmək istəyir, lakin yaya qədər də gözləməyə hazırdırlar.
Qeyd edək ki, Ranqnikin "Borussiya"nın təklifini rədd etməyə meylli olduğu vurğulanır. 66 yaşlı çalışdırıcının Avstriya Futbol Federasiyası ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.