"Estrela"nın müdafiəçisi Danilo Veyqa "Leççe"yə keçib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Transfer məbləği 1 milyon avro olub. 22 yaşlı portuqaliyalı ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb. Müqavilənin daha 2 il uzadılması imkanı da var.

Qeyd edək ki, Danilo Veyqa "Porto"nun yetirməsidir. Bu mövsüm o, "Estrela"da 16 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest