29 Yanvar 2025, 00:26
FUTBOL
"İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi Barselonadakı həyatı üçün darıxdığından Amerika klubu ilə müqaviləsini yeniləməyə tələsmir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.
Bildirilir ki, Messi Barselonanı öz evi hesab edir və karyerasını bitirdikdən sonra orada yaşamağa davam etmək niyyətindədir. 37 yaşlı hücumçunun ailəsi də şəhərə qayıtmağa üstünlük verir.
Argentinalı futbolçunun "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Messi 2000-ci ildən 2021-ci ilə kimi "Barselona"nın sistemində olub. Bu müddət ərzində o, böyük komandanın heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.