29 Yanvar 2025, 09:15
FUTBOL
“Olimpiakos” Avropa Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ” önünə tam heyətlə çıxa bilməyəcək. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Yusuf Yazıcı sabahkı oyunda Yunanıstan klubuna kömək etməyəcək.
Buna səbəb Türkiyə millisinin üzvünün zədəsidir. 27 yaşlı pleymeyker fərdi məşqlər etsə də, məşqçilər korpusu onun hələ də hazır olmadığını düşünür. Bu səbəbdən Yazıcı “Qarabağ”la qarşılaşmada oynamayacaq.
Qeyd edək ki, sabah Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.