Səudiyyə Ərəbistanının bir klubu yayda “Real”ın hücumçusu Vinisius Junioru transfer etmək niyyətindədi. Matc.az xəbər verir ki, bunu Səudiyyə Liqasının baş direktoru Ömər Muqarbel açıqlayıb.

İspaniya nəhəngi forvardını 300 milyon avrodan baha qiymətə satmağı düşünür. Vinisiusun özünə isə mövsümdə 200 milyon avro olmaqla 5 illik müqavilə təklif ediləcək. Mümkün transfer hələ ilkin mərhələdə olduğu üçün klubun adı açıqlanmayıb. Ancaq ən çox ehtimal olunan variant “Əl-Hilal”dı. Keçid reallaşsa, Vinisiusun 5 illik qazancı 1 milyard avro olacaq.

Qeyd edək ki, Vinisius Junior “Real”a 2018-ci ildə “Flamenqo”dan keçib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest