Almaniya Futbol Liqası (DFL) oyunlar zamanı hakim qərarlarının stadionda açıqlanması üçün pilot layihəyə start verib. Matc.az xəbər verir ki, layihə çərçivəsində I və II Bundesliqanın 9 stadionunda hakimlər qulaqlığındakı mikrofondan istifadə edərək epizodlarla bağlı qərarlarını elan edəcək.

Onun fikirləri səsgücləndiricilər vasitəsilə azarkeşlər tərəfindən dinləniləcək. Referi monitordakı qərarı nəzərdən keçirəcək və bunu elan edəcək. Hakim hansı məqama baxıldığını və bunun nəticəsini bildirəcək.

Bu təcrübə ilk dəfə XX turda sınaqdan keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest