Kasemiro karyerasını A Seriyasında davam etdirə bilər. Matc.az xəbər verir ki, “Roma” “Mançester Yunayted”in yarımmüdafiəçisini transfer etmək istəyir.

Buna səbəb Leandro Paredesin “Boka Xuniors”a keçməyə hazırlaşmasıdı. İtaliya klubu orta sahədə yaranacaq boşluğu 32 yaşlı braziliyalı ilə doldurmaq niyyətindədi.

Qeyd edək ki, Kasemiro bu mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest