29 Yanvar 2025, 12:00
FUTBOL
“Əl-Hilal” müqaviləsinə xitam verdiyi Neymarın yerinə oyunçu axtarışına başlayıb. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu il keçiriləcək Klublararası Dünya Çempionatına qədər yüksək səviyyəli futbolçu ilə müqavilə imzalamaq niyyətindədi.
Ərəblərin bir nömrəli hədəfi “Liverpul”un hücumçusu Məhəmməd Salahdı. Səudiyyə Ərəbistanı Pro Liqasının idman direktoru Maykl Emenalo misirli forvardla yaxşı münasibətə malikdi. “Əl-Hilal” Salahı liqanın ən yüksək ödənişli oyunçusu etməyi planlaşdırır. İngiltərə klubu isə 32 yaşlı forvardla yeni müqaviləyə çalışır.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir.