29 Yanvar 2025, 14:48
FUTBOL
"Borussiya"da baş məşqçi postuna əsas namizəd bəlli olub. Matc.az xəbər verir ki, Nuri Şahinlə yollarını ayıran Dortmund klubu Niko Kovaçla danışıqlara başlayıb.
Dortmundlular "Bavariya"nın sabiq çalışdırıcısı ilə ortaq məxrəcə gəlməyə çalışır. Danışıqların müsbət nəticələnmək ehtimalı çoxdur. Son anda bir problem çıxmasa, “Borussiya” Kovaçın təyinatını tez bir zamanda açıqlayacaq.
Qeyd edək ki, Kovaç son olaraq "Volfsburq"u çalışdırıb.