“Hazırlaşmaq üçün zamanımız az oldu”. Matc.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının Liqa mərhələsində “Olimpiakos”la oyun üçün komanda ilə birgə Yunanıstana yola düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında “CBC Sport”a açıqlama verib.

O, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacaqlarını bildirib: “Oyuna pis hazırlaşmamışıq. Əslində, son iki məğlubiyyətdən sonra “Olimpiakos”la matça hazırlaşmaq bir o qədər asan deyil. Bilirik ki, görüş bizim üçün formal olsa da, azarkeşlərimiz bu qarşılaşmanı səbirsizliklə gözləyirlər. Onlar bizdən istəyi yaxşı oyun və yaxşı nəticədi. Çalışacağıq ki, Yunanıstanda var gücümüzü meydanda qoyaq və  yaxşı nəticə ilə geri dönək”.

Qeyd edək ki, “Olimpiakos” - “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest