"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirmək istəyir. Matc.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi bu ölkənin "Əd-Duhail" klubundan rəsmi təklif alıb.

Ziyeş qarşı tərəfə “hə” cavabını verib. 31 yaşlı futbolçu ilə razılığa gələn ərəblər indi “Qalatasaray” rəhbərliyini razı salmalıdı.

Qeyd edək ki, Ziyeşin “sarı-qırmızılılar”la sözləşmənin müddəti bu ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest