29 Yanvar 2025, 17:17
FUTBOL
Qazaxıstan yığmasının baş məşqçisi postundan uzaqlaşdırılan Stanislav Çerçesov buna görə təzminat alacaq. Matc.az xəbər verir ki, qazaxlar rusiyalı mütəxəssisə 500 min avro məbləğində kompensasiya ödəyəcəklər.
61 yaşlı məşqçi 2024-cü ilin yayından Qazaxıstan millisinə rəhbərlik edirdi.
Qeyd edək ki, Çerçesovun rəhbərliyi altında qazaxlar Millətlər Liqasında 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə ilə üzləşiblər.