29 Yanvar 2025, 17:53
FUTBOL
"İnter" rəhbərliyi komandanın futbolçusu Tomas Palasiosu icarəyə göndərib. Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı müdafiəçi icarə əsasında “Montsa”nın formasını geyinəcək. Tərəflər arasında cari mövsümün sonunadək nəzərdə tutulmuş sözləşmə imzalanıb.
Qeyd edək ki, Palasios keçən ilin yayından "İnter"in üzvüdü.