Türkiyənin "Fənərbaxça" klubu yeni futbolçu ilə anlaşıb.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.

Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.

"Srvena Zvezda"nın yetirməsi olan 20 yaşlı sağ cinah oyunçusunun dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.

Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest